Xəbər lenti

Fransada Yeni il gecəsi 870 avtomobil yandırıldı – 440 nəfər saxlanıldı
Dünya09:45 02.01.2022

Fransada Yeni il gecəsi 870 avtomobil yandırıldı – 440 nəfər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransada Yeni il ərəfəsində 870-dən çox avtomobil yandırılıb. 
Qaynarinfo xəbər verir ki, bu haqda BFM TV ölkənin daxili işlər naziri Cerald Darmanen-ə istinadən məlumat verib.
O cümlədən, cümə günündən şənbə gününə keçən gecə yanan avtomobillərin sayı 874 olub. Bu rəqəm əvvəlki illərlə müqayisədə azdır: məsələn, 2019-cu ildə naməlum şəxslər tərəfindən 1,3 mindən çox avtomobil məhv edilib.
Nazirin sözlərinə görə, Fransada bir gecədə 440-dan çox adam saxlanılıb, onlardan 380-ə yaxını nəzarətə götürülüb.
Eyni zamanda, polis əməkdaşlarına hücumların sayı azalıb.
Şöbə rəisi bayram gecəsində şəhərlərin küçələrində patrul xidməti göstərən polis və jandarm əməkdaşlarına təşəkkür edib.
Alpər