Xəbər lenti

Fransa ilə İsveçrə arasında metro xətti çəkildi
Dünya18:38 30.11.2019

Fransa ilə İsveçrə arasında metro xətti çəkildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveçrənin Cenevrə şəhəri ilə Fransanın yaşayış məntəqələrini birləşdirməli olan metro xəttinin dekabrın 15-də istismara verilməsi planlaşdırılır.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, iki ölkədə ümumilikdə 45 stansiyadan ibarət olan xəttin uzunluğu 230 kilometrdir. 45 qatar hər 10 dəqiqədən bir yola düşəcək. Layihə dəyəri 1,5 milyard avrodur. Yeni nəqliyyat sisteminin yollarda avtomobil sayını 12 faiz azaldacağı ehtimal edilir. Fransada mənzil qiymətlərinin aşağı olması, İsveçrədə isə maaşların yüksək olması səbəbindən bir çox insan bir ölkədə yaşayır, digərində işləyir. Buna görə hər gün Fransa-İsveçrə sərhəddindən 650 min avtomobil keçir.
Camal