“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Fransanın reytinqini ən yüksək olan “AAA” səviyyədən “АА+” səviyyəyə endirib (proqnoz “stabil”).
APA xəbər verir ki, reytinq agentliyinin qiymətləndirmələrinə görə, 2014-cü ildə Fransanın dövlət borcu ÜDM-in 96%-nə çatacaq və yalnız uzun müddət ərzində tədricən azalacaq.
“Fitch Ratings” “böyük üçlük” (Moodys, S&P, Fitch) arasında yeganə agentlikdir ki, avrozonanın ikinci iqtisadiyyatının reytinqini “ААА” səviyyəsində saxlayırdı.
Belə ki, 2012-ci ilin sonunda “Moodys” reytinq agentliyi Fransanın reytinqini bir pillə aşağı salaraq “Aa1”ə çatdırıb, “Standard & Poors” reytinq agentliyi də 2012-ci ilin yanvar ayında Fransanın kredit reytinqi ilə bağlı analoji qərar verib.