Xəbər lenti

Fransanın Rusiyadakı səfirliyi sümüklər dolu bağlama alıb - KİV
Dünya12:59 13.04.2023

Fransanın Rusiyadakı səfirliyi sümüklər dolu bağlama alıb - KİV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın Moskvadakı səfirliyinə poçtla sümük göndərildi
Aprelin 12-də axşam saatlarında Fransanın Moskvadakı səfirliyinə poçtla içərisində sümüklər olan bağlama gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya mətbuatı mənbələrə istinadən məlumat yayıb.
TASS agentliyi yazır ki, qutuda skaner vasitəsilə heyvana aid ola biləcək kiçik sümüklər tapılıb. Baza resursunun məlumatına görə https://t.me/bazabazon/16921 , orada şpris də olub.
Bağlamanın işğal olunmuş Krımdan göndərildiyi iddia edilir və 2006-cı ildə vəfat edən italyan kinoprodüseri Pietro Notarianninin adı ilə göndərilib. Bağlama açılmayıb, səfirliyin önünə aparılıb və öyrənilməsi üçün polisə təhvil verilib.
Rusiya Federasiyasındakı fransız diplomatları səfirlikdən üçüncü dəfədir ki, belə bir paket alırlar. 2022-ci ilin iyununda Notarianni adından səfirliyə sümüklər və məktub, dekabrda isə ölü siçan və hörümçək göndərilib. Rusiya mediasl yazır ki, səfirlik bütün hadisələrlə bağlı polisə məlumat verib.
Nizami Bağırov