Xəbər lenti

Fransız arxeoloqların Assuriya şəhərini ABŞ üçün qarət etdiyi üzə çıxdı
Dünya10:19 18.07.2020

Fransız arxeoloqların Assuriya şəhərini ABŞ üçün qarət etdiyi üzə çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türk mediası Fransız arxeoloqlarının 2020-ci ildə Suriyada qazıntı işlərinə başladığını iddia edən bir sıra material yayıb. 
Qaynarinfo xəbər verir ki, elmi işlər məxfilik qrifi altında və kürdlərin himayəsi altında aparılır. Bu barədə Anadolu agentliyi yazıb. Bu ərazidə təxminən 200 Fransız Legion əsgərinin olduğu da bildirilir.
Ölkənin şərqindəki Deyr əz-Zor şəhəri yaxınlığında çoxlu qazıntı meydanları qurulub. Qədim Assuriya Dur Katlimmu şəhərinin xarabalıqlarının burada olduğu məlumdur.
"Anadolu”ya görə, tapılan artefaktlar qutulara doldurularaq Amerikan hərbi bazasına göndərilir. Həmin baza Əl-Omar neft yatağının yaxınlığında yerləşir.
Material müəllifləri yazırlar ki, bütün məlumatlar Suriyanın mədəni irsinin talan edilməsindən xəbər verir.
Əvvəlki qazıntılar zamanı Assuriyanın son böyük padşahı Aşurbanipalın (e.ə. 669 - 627) baş mühafizəçisinə aid 550 mixi Akkad və 40 arami mətni tapılmışdı.
Alpər