Xəbər lenti

Fransız fermerlər hökumət binalarına peyin səpdi (VİDEO)
Dünya 16:00 09.12.2023

Fransız fermerlər hökumət binalarına peyin səpdi (VİDEO)

Fransada fermerlər dövlətdən maliyyə yardımı tələb edərək yerli hökumət binalarını peyinlə doldurublar. 

Qayanrinfo xəbər verir ki, bu barədə "France Info” məlumat yayıb.

Bu yaxınlarda Brittanidə fermerlər yeni kənd təsərrüfatı standartlarının tətbiqinə və dövlətin dəstəyinin olmamasına qarşı uzunmüddətli etiraz aksiyasına başlayıblar. Fəallar əmindirlər ki, hökumət Fransa ilə idxalçı ölkələr arasında ticarət müqavilələri imzalayarkən onlara qulaq asmır.

Dekabrın 6-da Renn şəhərində Regional Şuranın binası qarşısında 60 traktor düzülüb və onun fasadına peyin səpməyə başlayıb. Oxşar aksiyalar Van, Brest, Quimper və Saint-Brieuc kommunasında da baş verib.

Etirazçılar texnikanın üzərinə "Fransa, sizə hələ də fermerlər lazımdırmı?”, "Torpaq kompüterlə deyil, biliklə şumlanır” kimi sözləri yazıblar.

Bundan əlavə, Breton fermerləri yeni inzibati məhdudiyyətlərlə razılaşmadıqlarını bildirmək və hakimiyyət orqanlarından əlavə ödənişlər almaq üçün binalara yumurta atıblar. 

Aydın

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->