Xəbər lenti

Fransız general FPV dronlarınnı HHM-ə təsirini qiymətləndirdi
Dünya 21:26 26.06.2024

Fransız general FPV dronlarınnı HHM-ə təsirini qiymətləndirdi

FPV (First-person view (radio control) dronları Ukrayna müharibə zonasında hədəflərin təxminən 80 faizini məhv edir. 

Qaynarinfo xəbər verir ki, bu fikirləri Fransanın Quru Qoşunlarının Baş Qərargah rəisi Pyer Şil deyib. 

"Bu gün qılınc rolunda oynayan dronlar qalxandan güclüdür. Amma qalxan təkmilləşdiriləcək”, - o deyib. Qalxan dedikdə, hərbi hava hücumundan müdafiə və elektron döyüş texnikası nəzərdə tutulur.

Generalın sözlərinə görə, çox tez köhnəlmiş kiçik, primitiv pilotsuz təyyarələrin üstünlüyü qısamüddətli bir epizoddur, ona görə də Fransa orta zirehli mobil orduya üstünlük verir.

İyunun 26-da Rusiya Müdafiə Nazirliyi bildirib ki, "Dnepr” qoşun qrupunun Arktika birləşməsindən olan snayper Ukrayna Silahlı Qüvvələrinin (USQ) FPV zərbə vuran pilotsuz təyyarəsini vurub.

Bir gün əvvəl Cənubi Koreyada zavodda baş verən yanğının Ukraynanın FPV pilotsuz təyyarələri üçün litium batareyalarının tədarükünə təsir göstərə biləcəyi barədə məlumat yayılmışdı. Qeyd olunub ki, FPV dronları 100C-dən yuxarı yüksək cərəyanlı batareyalar tələb edir və 120C standart hesab olunur. Yüksək cərəyanlı litium batareyaları FPV dronlarına manevrlər etmək, yük daşımaq və uçuşu davam etdirmək imkanı verir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->