Xəbər lenti

Fransız nəşri Rusiya muzdlularının Afrikadakı vəhşiliyindən elə şeylər yazdı ki...
Dünya07:30 05.05.2021

Fransız nəşri Rusiya muzdlularının Afrikadakı vəhşiliyindən elə şeylər yazdı ki...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransız nəşri olan RFI Cənubi Afrika Respublikasında rus hərbi muzdluların cinayətləri ilə bağlı araşdırma yazısı yayımlayıb.
Qaynarinfo "Novaya Qazeta"ya istinadla xəbər verir ki, söhbət "Wagner" də daxil olmaqla hökumət ordusunun tərəfində vuruşan üç hərbi muzdlu qrupdan gedir. RFI-yə görə, bu qrupların üzvləri dinc insanları qarət edib, öldürüb, işgəncə veriblər, həmçinin qrup halında zorlamalar təşkil ediblər.
Məsələn, yanvar ayında bir ərzaq maşını vurulub, nəticədə üç nəfər ölüb. Mülki şəxslər fevral ayında məsciddə edam edilib. Bundan əlavə, BMT-nin işçi qrupunun hesabatına görə, 24 yaşlı bir qıza toplu təcavüz olub. Onun sözlərinə görə, yanvar-aprel ayları arasında Rusiya Federasiyasının hərbi mütəxəssisləri məhkəmədən kənar 26 edam və beş toplu təcavüz həyata keçiriblər.
Rusiyanın CAR-dakı səfirliyi BMT-nin bir qədər əvvəl yayılmış hesabatını "dəlili olmayan spekulyasiya" adlandırıb.
Alpər