Xəbər lenti

Sakit okeanı üzərək keçəcək: onu yolda gözləyən təhlükələr...
Dünya09:51 05.06.2018

Sakit okeanı üzərək keçəcək: onu yolda gözləyən təhlükələr...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransalı üzgüçü Ben Lekomt Sakit okeanı üzərək keçmək üçün marafona start verib.
Qaynarinfo xəbər verir ki, Yaponiyadan yola düşən 51 yaşlı Lekomt ABŞ-a çatana qədər gündə 8 saat suda qalacaq. Üzgüçünün səfərini 6 ay ərzində yekunlaşdırması gözlənilir.
Ben Lekomt bu addımı ilə iqlim dəyişikliyinə diqqət çəkmək istəyir. Köpək balıqları, qasırğa, aşağı dəniz temperaturu kimi təhlükələr gözləyən fransız üzgüçü Sakit okeanı uğurla keçməyi bacarsa, ilkə imza atmış olacaq. 
Proses zamanı bir qrup alim ağır idmanın ürək üzərində təsiri, plastik tullantılar, Fukuşima atom fəlakətinin okeana verdiyi təsirlər və s. mövzularda araşdırma aparacaq. 
Lekomt gündə 8 saat üzə bilmək üçün 8 min kilokalori qəbul edəcək. O, 1998-ci ildə 73 gündə 640 km üzərək Atlantik okeanı keçmişdi.
Gülşən