Xəbər lenti

Fransızların üçdə ikisi Makronun yenidən prezident seçilməsini səhv sayır
Dünya08:20 25.04.2023

Fransızların üçdə ikisi Makronun yenidən prezident seçilməsini səhv sayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident seçkilərindən bir il sonra fransızların üçdə ikisindən çoxu Emmanuel Makronun 2022-ci ildə yenidən seçilməsinin səhv olduğuna inanır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” Elabe tərəfindən BFMTV-nin sifarişi ilə keçirdiyi sorğuya istinadən yazır.
Rəyi soruşulan fransızların 69%-i 2022-ci il prezident seçkilərində Makrona səs verməyi ölkə üçün pis seçim hesab edir.
Eyni zamanda, 30% ölkənin Makronun yenidən prezident seçilməsindən qazanc əldə etdiyinə inanır.
Sorğu həmçinin 2022-ci ildə Makronu dəstəkləyən seçicilərin bəzilərinin məyus olduğunu göstərir - ikinci turda ona səs verənlərin təxminən 40%-i indi onun siyasətindən məyusdur.
Ayrı-ayrı sahələrində fransızların dörddə üçü (79%) prezidentin səhiyyə məsələlərində, 77 faizi təhsildə, eyni sayda isə dövlət maliyyəsi və miqrasiya siyasətinin idarə edilməsində, 75% - bərabərsizliklə mübarizədə, 73% - ətraf mühitin mühafizəsi məsələlərində fəaliyyətini qeyri-qənaətbəxş hesab edir.
Xarici siyasətə gəlincə, fransızların 60%-i prezidentin Fransanı dünyada tutduğu mövqedən və beynəlxalq böhranlara reaksiyasından narazıdır.
Nizami Bağırov