Rusiya təhlükəsizlik qüvvələri Rusiya-Ukrayna sərhədində dörd diversantı məhv edib. Təhlükəsizlik xidməti rəsmilərinin bildirdiyinə görə, hadisə dekabrın 25-də diversantların Bryansk vilayətinin ərazisinə daxil olmağa cəhd edərkən baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə İnterfaks FSB-nin mətbuat xidmətinə
istinadən məlumat yayıb.
FSB-nin məlumatına görə, diversantlarda alman SIG Sauer avtomatları və döyüş sursatı, rabitə və naviqasiya vasitələri, həmçinin ümumi tutumu təxminən 40 kq trotil olan dörd əldəqayırma partlayıcı qurğu olub.
Bryansk vilayəti Ukraynanın Sumı və Çerniqov vilayətləri ilə həmsərhəddir. Bölgədə terror təhlükəsinin sarı səviyyəsi elan edilib.
Nizami Bağırov