Xəbər lenti

FSB cəsədləri beton altından tapılan avtoritetlərin istintaqına başladı
Dünya12:59 30.01.2020

FSB cəsədləri beton altından tapılan avtoritetlərin istintaqına başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FSB 90-cı illərin əvvəllərində mütəşəkkil cinayətkar dəstə yaratmış Korçagin qardaşlarının 1996-cı ildə öldürülməsindən sonra açılan cinayət işi ilə maraqlanmağa başlayıb.
Qaynarinfo bildirir ki, bu barədə "Lenta.ru" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib.
Məlumata görə, Viktor və Dmitri Korçaginlərin dəstəsinə on nəfərə yaxın şəxs daxil olub. Qardaşlar Moskva vilayətinin Çexov rayonunun yeraltı dünyasında liderliyə iddialı olub və nəticədə demək olar ki, bütün yerli özəl biznesi nəzarət altına ala biliblər.
1996-cı ildə, gözlənildiyi kimi, "Qrot” restoranında banditlərlə görüşə rəqibləri deyil, xüsusi təyinatlıların formasında olan silahlı adamlar gəlib. Dörd il sonra, avtoritetlərin betonla örtülmüş cəsədləri Çexovdakı bir qarajda tapılıb.
Polisin aşkarladığı kimi, qaraj yerli avtoritet Fil ləqəbli Sergey Filatıçevin adınadır. Fil indi federal axtarışda olanların siyahısındadır. Müstəntiqlərin dediyinə görə, onun özü kimi axtarışda olan "Vityaz" xokkey klubunun keçmiş sahibi, iş adamı Oleq Strekalovla əlaqəsi olub.
Alpər