Xəbər lenti

FSB-nin əsas binasına avtomatla hücum edən şəxsin anası da həbs edildi
Dünya09:03 20.12.2019

FSB-nin əsas binasına avtomatla hücum edən şəxsin anası da həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvanın mərkəzində FSB-nin əsas binasına avtomatla hücum edən Yevgeni Manurovun anası həbs edilib.
Qaynarinfo xəbər verir ki, hadisə Manurovun anası "Baza”nın müxbirinə müsahibə zamanı baş verib. Onunla birlikdə jurnalist də saxlanılıb.
Müsahibə Manurovun Podolskdakı mənzilində alınıb. Müxbir telefonu söndürməyə məcbur olub. Ona redaktorlarla əlaqə saxlamaq qadağan edilib. Əməliyyat qrupu Manurovun anasını özləri ilə aparsa da, jurnalist getməkdən imtina edərək, sonradan istintaqa gələcəyini vəd edib.
Xatırladaq ki, Moskvanın mərkəzində Böyük Lubyankada yerləşən FSB binası qarşısında atışma baş verib. Hücum edən şəxs zərərsizləşdirilib. Hücum nəticəsində xüsusi xidmətin bir əməkdaşı həlak olub, 5 nəfər yaralanıb. Onlardan dördü xüsusi xidmət əməkdaşı, biri mülki şəxsdir.