"Roskosmos” rəhbərinin müşaviri, bir qədər əvvəl Moskvada saxlanılan İvan Safronov NATO xüsusi xidmət orqanlarından birinə işləmiş ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə FSB-nin yaydığı açıqlamada deyilir. Hazırda "Kommersant"ın keçmiş jurnalistinə qarşı "Dövlət xəyanəti" maddəsi ilə cinayət işi açılıb. Safronov NATO-ya "Rusiya Federasiyasının hərbi-texniki əməkdaşlığı, müdafiəsi və təhlükəsizliyi" barədə gizli məlumat ötürməkdə şübhəli bilinir.
Xəyanətə görə Safronovu 20 ilə qədər həbs cəzası gözləyir.
Bundan əvvəl "Roskosmos” dövlət korporasiyasının baş direktoru İvan Safronovun müşavirinin saxlanıldığını təsdiqləyib. Buna qədər "Kommersant" qəzetinin keçmiş jurnalistinin saxlanıldığı da məlum olub. O, Federasiya Şurasının spikeri Valentina Matviyenkonun istefası ilə bağlı yazısından sonra qəzetdən qovulub.
Alpər