Xəbər lenti

FSB “Vaqner"dən yazan WSJ müxbirini casus kimi saxladı - 20 il həbs gözlənilir
Dünya08:55 30.03.2023

FSB “Vaqner"dən yazan WSJ müxbirini casus kimi saxladı - 20 il həbs gözlənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın "The Wall Street Journal” (WSJ) qəzetinin jurnalisti Evan Gerşkoviç FSB tərəfindən Yekaterinburqda saxlanılıb. ABŞ vətəndaşı casusluqda ittiham olunur, ona qarşı cinayət işi açılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti xüsusi xidmətə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, jurnalist "ABŞ-ın göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatlar toplayıb”. Casusluq maddəsinə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi) əsasən, WSJ müxbirini 20 ilədək həbs cəzası gözləyir.
Gerşkoviç martın 29-dan redaksiya ilə əlaqə saxlamayıb, ona müsahibə verən Yekaterinburq sakini Yaroslav Şirşkov bildirib. "Veçernıye vedomosti” yazır ki, mülki geyimli şəxslər başına sviter keçirilən şəxsi "Bukowski Grill” restoranından çıxararaq mikroavtobusa mindiriblər. Bundan əvvəl amerikalı jurnalist Şirşkovla bu restoranda tanış olub.
WSJ əməkdaşı "Vaqner” özəl hərbi şirkətlə maraqlanıb. Gerşkoviç Yekaterinburqa yerli sakinlərin bu şirkətə cəlb edilməsi, habelə Yekaterinburq sakinlərinin Ukraynadakı müharibəyə münasibəti barədə yazmaq üçün gedib, - "İt is My City”in rəhbəri Dmitri Kolezev bildirib.
Moskvada yaşayan Qərb jurnalisti Meduza-ya bildirib ki, amerikalı jurnalist "Uralvaqonzavod” müdafiə zavodunun yerləşdiyi Nijni Taqilə də gedib.
The Bell aydınlaşdırır ki, Gerşkoviç WSJ-nin Rusiyadakı aparıcı müxbirlərindən biridir. O, uzun illər Moskvada yaşayır, rus dilində danışır və yazır, həmçinin Xarici İşlər Nazirliyində akkreditasiyadan keçib. Gerşkoviç xüsusən də Çin sədri Si Szinpinin Moskvaya səfəri, Gürcüstanda xarici agentlər haqqında qanunun qəbuluna etirazlar, Qara dəniz üzərində ABŞ-ın pilotsuz uçuş aparatı və Rusiya qırıcı təyyarəsi ilə insidentdən yazıb.
Nizami Bağırov