Avropa İttifaqı tərəfindən Ukrayna üçün "təhlükəsizlik öhdəlikləri” haqqında bəyannamə layihəsi hazırlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times” nəşri sənəd layihəsinə istinadən məlumat yayıb.
KİV-in məlumatına görə, sənədi Fransa hazırlayıb. Bu, Moskva və Kiyev üçün "aydın siyasi siqnal olmalıdır”. Bəyannamə Avropa İttifaqına NATO ilə əməkdaşlıq da daxil olmaqla, Ukrayna üçün təhlükəsizlik sisteminin yaradılmasında iştirak etməyə imkan verəcək.
Ehtimal olunur ki, Ukrayna üçün təhlükəsizlik təminatları Fransa, Almaniya, Böyük Britaniya və ABŞ ilə uzunmüddətli maliyyələşdirmə, hərbi təchizat, əsgərlərin təlimi və kəşfiyyat məlumatlarının ötürülməsinə dair ikitərəfli sazişlər kimi rəsmiləşdiriləcək.
Layihənin mətnində qeyd olunur ki, Aİ ölkələri "tərəfdaşlarla birlikdə Kiyevə uzunmüddətli perspektivdə özünü qorumağa, təcavüz aktlarının qarşısını almağa və sabitliyi pozmaq cəhdlərinə qarşı kömək edəcək Ukraynanın gələcək təhlükəsizlik öhdəliklərinə töhfə verməyə hazırdır”. - TASS çıxarışdan sitat gətirir.
Layihə Aİ-nin iyunun 29-30-da keçiriləcək növbəti sammitinin yekunlarına əsasən təsdiqlənə bilər.
Bəyannamənin mətni dəyişdirilə bilər, media qeyd edir ki, hazırkı layihə artıq Kiyev qarşısında "təhlükəsizlik öhdəlikləri” ilə bağlı konkret izahat istəyən neytral Avstriya, İrlandiya və Maltanın etirazını doğurub.
Alpər