Xəbər lenti

FT: Avropa İttifaqı Macarıstan iqtisadiyyatını sarsıtmaq üçün plan hazırlayır
Dünya09:49 29.01.2024

FT: Avropa İttifaqı Macarıstan iqtisadiyyatını sarsıtmaq üçün plan hazırlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı Budapeştin Ukraynaya yeni yardım paketi ilə bağlı razılaşmadan imtina edəcəyi təqdirdə Macarıstan iqtisadiyyatını sarsıtmaq üçün plan hazırlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Financial Times” qəzeti Aİ-nin daxili sənədinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Brüssel ölkə iqtisadiyyatının "iş yerləri və artımına” zərər vurmaq üçün Macarıstan forintinin məzənnəsini çökdürmək və Macarıstanın investisiya cəlbediciliyini azaltmaq niyyətindədir.
Qeyd olunur ki, Macarıstanın Baş naziri Viktor Orban güzəştə getməsə, o zaman Aİ rəhbərliyi "bazarları qorxutmaq” niyyəti ilə Budapeştə maliyyənin tamamilə dayandırıldığını açıq şəkildə elan edə bilər.
Macarıstanın Aİ işləri üzrə naziri Yanoş Boka bu təhdidləri eşitmədiyini deyib. O əlavə edib ki, Budapeşt "təzyiqlərə boyun əymir": "Macarıstan Ukraynaya dəstək və Aİ vəsaitlərinə çıxışı əlaqələndirmir və digər ölkələrin belə əlaqə yaratmasına qarşıdır. Macarıstan danışıqlarda konstruktiv iştirak etməyə davam edəcək".
Rəsmi qeyd edib ki, Macarıstan yanvarın 27-də Brüsselə yeni təklif göndərərək, Avropa İttifaqının Budapeştə yardım əlini uzadacağı və Ukrayna ilə bağlı gələcəkdə qərarının dəyişdirilməsinin mümkünlüyü haqqında bənd əlavə edəcəyi təqdirdə, Kiyevin ehtiyaclarını ödəmək üçün Aİ büdcəsindən vəsaitin istifadəsinə və ittifaqın borc öhdəlikləri məsələsinə ilkin razılıq verir. 
Aİ Şurasının nümayəndəsi də öz növbəsində mətbuata sızma ilə bağlı şərh verməyəcəyini bildirib. Eyni zamanda nəşrə müsahibə verən Aİ diplomatik dairələrindəki mənbələr "bir çox ölkələrin” bu planı dəstəklədiyini qeyd ediblər. Bir diplomat FT-yə verdiyi şərhdə bu cür müzakirələri "şantaj” adlandırıb.
Nizami Bağırov