İsrail kəşfiyyatçısı Qəzza zolağı ilə sərhədi qoruyan qüvvələrin HƏMAS-ın hücuma hazırlaşması barədə xəbərdarlığını rədd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times” (FT) qəzeti iki mənbənin verdiyi məlumata əsasən
yazır.
Qəzetin yazdığına görə, hesabat 1200-dən çox insanın ölümü ilə nəticələnən hücumdan bir həftə əvvəl göndərilib.
FT mənbələrinə görə, anklavla sərhəddə patrul edən İsrail hərbi qüvvələri kəşfiyyat zabitinə gözlənilən hücumla bağlı ətraflı hesabat təqdim edib. Orada konkret xəbərdarlıqlar, o cümlədən fələstinlilərin partlatmağı planlaşdırdıqları sərhəd postlarının adları qeyd edilib. Onlar həmçinin girov götürməyə hazırlıq barədə məlumat veriblər.
Kəşfiyyat zabiti hərbçilərin xəbərdarlığını "xəyali ssenari” kimi qəbul edib və hesabata məhəl qoymayıb. Nəticədə heç bir tədbir görülməyib.
İsrail ordusu qəzetin sorğusuna cavab olaraq bildirib ki, müharibə bitdikdən sonra "bütün halları aydınlaşdırmaq üçün” araşdırma aparacaq.
Hər iki mənbə hesab edir ki, hesabat İsrail hökumətinin HƏMAS-ın İsrailə hücumda maraqlı olmadığına dair inancı ilə ziddiyyət təşkil etdiyindən ona məhəl qoyulmayıb. Kəşfiyyatın fikrincə, qruplaşmanın ölkəyə hücumu "HƏMAS”ın qarşısını almağa çalışdığı müharibəyə səbəb olacaqdır.
Nizami Bağırov