ABŞ başda olmaqla Qərb ölkələri Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Rusiyaya silah sistemlərinin yaradılmasında istifadə oluna biləcək bir sıra mühüm elektron komponentlərin ixracını dayandırmağa çağırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Financial Times bilgili mənbələrə istinadən
yazır.
Mənbələr bildiriblər ki, ABŞ, Aİ və Böyük Britaniyadan olan diplomatlar son həftələrdə BƏƏ-yə Rusiyaya ixracı məhdudlaşdırmaq üçün "ticarət məhdudiyyətlərinin geniş spektrini aydınlaşdırmaq və BƏƏ rəsmilərinə təzyiq göstərmək" niyyəti ilə səfər ediblər.
Mənbələr bildirirlər ki, ABŞ Əbu-Dabinin Moskvanı kritik mallarla, xüsusən də elektron komponentlərlə təmin etməsində mərkəz olma rolundan narahatdır. Eyni zamanda, Vaşinqton xüsusilə Qərb mallarının məhdudiyyətlərdən yan keçərək BƏƏ vasitəsilə göndərildiyi reeksportdan narahatdır, - FT həmsöhbətləri vurğulayıblar.
Qəzet qeyd edib ki, Qərb müttəfiqləri elektron komponentlərin ixracını dayandırmaq tələbindən əlavə, Rusiyaya artıq çatdırılmış malların siyahısını açıqlamağı tələb edirlər.
Birləşmiş Ərəb Əmirlikləri Moskvaya qarşı sanksiyalar tətbiq etməyib, lakin Rusiyanın rəhbərlik etdiyi "xüsusi əməliyyat”a qarşı çıxıb və tərəfləri danışıqlar masasına qayıtmağa çağırıb. Bundan əlavə, BƏƏ Ukraynaya maliyyə və humanitar yardım edir.
Alpər