ABŞ rəsmiləri və diplomatları təcili olaraq Ukrayna ilə bağlı proqramların 90 günlük yardımın dondurulması sərəncamından azad edilməsini xahiş ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən yazıb.
Yanvarın 25-də ABŞ dövlət katibi Marko Rubio xarici yardım layihələrinin əksəriyyətini nəzərdən keçirmək üçün üç ay müddətinə dondurulmasını əmr edib.
FT-nin məlumatına görə, amerikalı diplomatlar Marko Rubiodan Ukraynada ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) həyata keçirdiyi layihələri bərpa etməyi xahiş ediblər. "Hazırda bu sorğunun tam və ya qismən təsdiqlənəcəyini bilmirik, lakin Vaşinqtondan müsbət siqnallar gəlir", deyə qəzetin mənbəsi bildirib.
Bir gün əvvəl Marko Rubio ABŞ-ın digər ölkələrə demək olar ki, bütün dəstək proqramları çərçivəsində yardım göstərilməsini dayandırdığı bir sərəncam verib. İstisna İsrail və Misir olub. Dövlət Departamenti üç ay ərzində bütün proqramların şərtlərini nəzərdən keçirəcək, bundan sonra onları davam etdirmək və ya dayandırmaq barədə qərar verəcək.
Aydın
Şərhlər