Bəzi yüksək rütbəli Ukrayna rəsmiləri deyirlər ki, bu il əks-hücumun 1991-ci il sərhədləri daxilində Ukrayna ərazisinə nəzarəti bərpa etmək kimi son məqsədinə nail olmaq mümkün deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times"
yazır.
1991-ci il sərhədlərində Donbas və Krım Ukraynaya daxil idi. 2014-cü ildə referendumdan sonra yarımada, 2022-ci ilin sentyabrında keçirilən səsvermənin nəticələrinə görə isə "DXR” və "LXR”, eləcə də Zaporojye və Xerson vilayətləri "referendumdan” sonra Rusiyanın tərkibinə daxil olub. Ukrayna və əksər digər ölkələr referendumları qanunsuz hesab edir. Rusiya onun üçün bu ərazilərin mülkiyyət məsələsinin həll olunduğunu vurğulayır. Prezident Vladimir Putin bildirib ki, Rusiya bu regionların sakinlərinin seçiminə "xəyanət etməyəcək”.
Ukrayna hakimiyyəti bir neçə həftədir ki, əks-hücumun başlama vaxtı barədə danışır, lakin prezident Vladimir Zelenski bu ərəfədə deyib ki, ölkəyə daha çox vaxt lazımdır: Ukrayna Silahlı Qüvvələrinin briqadaları hazırdır, lakin ordunun hələ də Qərbdən əlavə yardıma ehtiyacı var.
Alpər