Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey Rusiyadan gələn "ənənəvi əks-kəşfiyyat təhlükəsini” ciddi hesab edir.
Qaynarinfo xəbər verir ki, onun fikrincə, ABŞ-da çoxlu rus casusları işləyir.
"Rusiya kəşfiyyatının, yəni kəşfiyyatçıları nəzərdə tuturam, şəbəkə ABŞ-da hələ də çox böyükdür. Biz daim bununla üzləşirik və hər şəkildə mane olmağa, qarşısını almağa və pozmağa çalışırıq”, deyə FTB rəhbəri bildirib.
Onun fikrincə, FTB son illərdə Rusiya kəşfiyyatçılarının müəyyən edilməsi və ölkədən çıxarılmasında əhəmiyyətli irəliləyiş əldə edib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns iyulun əvvəlində bildirib ki, Rusiyadakı vəziyyət onun strukturuna agentləri cəlb etmək üçün geniş imkanlar verir. Onun sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi və digər Amerika kəşfiyyat orqanları hazırda bu istiqamətdə fəaliyyəti gücləndirirlər.
Aydın