FTB-nin keçmiş məlumatçısı, ABŞ prezidenti Co Bayden və oğlu Hanter Baydenin Ukraynanın Burisma şirkəti ilə əlaqələrində yalan ifadələr verdiyini etiraf edən şəxs 6 il azadlıqdan məhrum edilib.
Qaynarinfo Reuters-ə istinadən xəbər https://www.reuters.com/legal/ex-fbi-informant-who-fabricated-claims-about-bidens-sentenced-6-years-2025-01-08/ verir ki, məhkəmə prokurorların Aleksandr Smirnovun 6 il həbs cəzasına məhkum edilməsi ilə bağlı müraciətini təmin edib.
2023-cü ilin dekabrında Smirnov FTB-yə Burisma Holdings rəhbərlərindən Baydenlərə 5 milyon dollar rüşvət verildiyi barədə guya məlumatlı olduğu haqda yalan ifadə verdiyini etiraf edib. Hanter Bayden həmin şirkətin idarə heyətinin üzvü olub. Bundan başqa, Smirnov vergi ödəməkdən yayındığını da etiraf edib.
Prokurorlar məhkəməyə təqdim etdikləri materialda belə yazıblar: "Təqsirləndirilən şəxs 2020-ci ildə FTB-dəki mövqeyindən istifadə edərək ABŞ prezidentliyinə namizədlərdən biri ilə bağlı yalan məlumat verib və bununla seçkilərin nəticəsinə təsir göstərməyə çalışıb".
Müdafiə tərəfi Smirnovun günahını etiraf etdiyini və bu işin onun şəxsi həyatına və gələcək karyerasına təsirlərindən ötəri artıq "şəxsi süqut" yaşadığını əsas gətirərək 4 il cəza tələb etmişdi.
2024-cü ilin fevralında Smirnov Baydenlər və onların Ukraynanın enerji şirkəti "Burisma”dan 5 milyon dollar rüşvət aldığı barədə hekayə uydurduğuna görə FTB kuratoruna yalan danışmaqda ittiham edilmişdi.
Günahını etiraf etmə sazişinə uyğun olaraq, Smirnov Baydenlər barədə yalan danışmaq üzrə ilk ittiham maddəsinin birini və üç vergi ödəməkdən yayınma ittihamını qəbul edib.
Smirnovun ifadələri Respublikaçılar tərəfindən Baydenə qarşı impiçmentin elan edilməsi üçün korrupsiya sübutu kimi istifadə olunmuşdu.
İmpiçment barədə araşdırma hesabatı 2024-cü ilin avqustunda dərc edilib, lakin Palatada səsverməyə çıxarılmayıb və Baydenə impiçment elan olunmayıb.
Alpər
Şərhlər