
ABŞ konqresi Kristofer Vreyi yeni Federal Tədqiqatlar Bürosunun rəhbəri vəzifəsinə seçib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Corc Buş dövründə ədliyyə naziri vəzifəsində çalışmış Kristofer Vreyin FTB rəhbəri vəzifəsinə rəsmi olaraq təyini üçün konqresdə seçkilər keçirilib və 92 səslə təyinat gerçəkləşib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu təyinat barədə bir neçə ay öncə məlumat vermişdi. Vrey keçmiş FTB rəhbəri Ceyms Kominin vəzifəsindən azad edilməsindən sonra bu posta seçilib. Həm Kominin vəzifəsindən azad edilməsi, həm də Vreyin təyini ölkədə böyük səs-küyə səbəb olmuşdu.
Gülşən
Qaynarinfo.Az