Xəbər lenti

FTX DİN və XİN-də işləmiş “ukraynalı casus”u həbs edib
Dünya16:08 23.08.2022

FTX DİN və XİN-də işləmiş “ukraynalı casus”u həbs edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Fransadakı səfirliyinin keçmiş müşaviri, 18 illik iş təcrübəsi olan diplomat İqor Kondratski dövlətə xəyanət işi üzrə təqsirləndirilən şxs qismində həbs edilib.
1992-2010-cu illərdə Rusiya Daxili İşlər Nazirliyi sistemində çalışmış Kondratski iki ay əvvəl Moskvada həbs edilib və hazırda paytaxtın istintaq təcridxanasında saxlanılır.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatlı mənbə "İnterfaks”a bildirib  .
Çərşənbə axşamı Moskvanın Lefortovo Məhkəməsi istintaqın tələbi ilə Kondratskinin həbs müddətini noyabrın 27-dək uzadıb.
Kondratski əslən Kiyevdəndir, Xarici İşlər Nazirliyində valyuta-maliyyə departamentindən maaş alıb, həmçinin beynəlxalq sülhə görə Karnegi Fondundan gəlir əldə edib. "İnterfaks”ın mənbəsi bildirib ki, cinayət işi dövlət sirlərini ehtiva edən məlumatların xarici dövlətin nümayəndəsinə ötürülməsini nəzərdə tutur.
O, məlumatın ötürüldüyü ölkənin adını açıqlamayıb. Kondratskinin "LinkedIn” profilinə görə, o, bir müddət əvvəl Ukraynada olub.
Kondratski barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə cinayət işi açılıb. Keçmiş diplomatı 20 ilə qədər həbs gözləyir.
Nizami Bağırov