Xəbər lenti

FTX direktoru:
Dünya 12:17 26.11.2024

FTX direktoru: "NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır"

"NATO Qara dənizdə döyüş imkanlarını genişləndirməyə və Xəzər dənizinə çıxış əldə etməyə çalışır, alyans sürətlə Arktika və Baltikyanı regionlarda genişlənir"

Qaynarinfo xəbər verir ki, bunu Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Moskvada keçirilən iclasında bildirib.

Bortnikov deyib ki, NATO-nun hərbi təhlükəsi durmadan artır.

"Alyans Rusiya və Belarusun İttifaq Dövlətinin sərhədlərində möhkəmlənir, sürətlə Arktika və Baltikyanı regionlara daxil olur, Qara dənizdə döyüş, kəşfiyyat və logistika imkanlarını genişləndirməyə çalışır və Xəzər dənizinə çıxış əldə etmək yollarını axtarır".

O, həmçinin əlavə edib ki, müəyyən "bioloji təhdidlərə" qarşı durmaq üçün ağlabatan bəhanə ilə Amerika laboratoriyaları şəbəkəsi həqiqətən selektiv bioloji silahlar yaratmaq üçün proqramlar həyata keçirir.

Qeyd edək ki, noyabrın 26-da Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərlərinin kəşfiyyat fəaliyyəti məsələlərinə dair iclası keçirilir. İştirakçılar birgə işin nəticələrini, yaxın gələcəkdə MDB ölkələrinin kəşfiyyat xidmətləri arasında gələcək qarşılıqlı fəaliyyət üçün vəzifələri və prioritetləri müzakirə edirlər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->