Dünya 08:47 23.07.2022

Fuat Oktay 58 yaşında evləndi

Türkiyənin vitse-prezidenti Fuat Oktay Prezident Administrasiyasının Mədəniyyət və İncəsənət Siyasəti İdarəsinin üzvü və prezidentin müşaviri Hümeyra Şahin ilə ailə qurub.

Qaynarinfo xəbər verir ki, cütlüyün nikahına Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan şahidlik edib.

İstanbulda keçirilən toy mərasiminə cütlüyün yaxınları da qatılıb.

Qeyd edək ki, 58 yaşlı Fuat Oktay ilk həyat yoldaşından 2011-ci ildə boşanıb. Onun bu evlilikdən 3 övladı var.