
Pakistanın Karaçi şəhərində futbol meydançasında güclü partlayış baş verib.
Qaynar.info xəbər verir ki, partlayış futbol meydançasının avtodayanacağında saxlanılan motosikletə yerləşdirilmiş bombanın partlaması nəticəsində baş verib.
Partlayış nəticəsində 14 nəfər həlak olub. Ölənlərdən 11-i meydançanın kənarında dayanmış uşaqlar olub.
Yaralanan 25 nəfər təcili xəstəxanaya yerləşdiriliblər. Onların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.
Qaynar.info