Xəbər lenti

Futbolçu meydançada güllələnərək öldürüldü
Dünya07:27 17.09.2017

Futbolçu meydançada güllələnərək öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çernoqoriya çempionatının oyunu zamanı futbolçu qətlə yetirilib.

"Qaynarinfo" xarici mətbuata istinadla xəbər verir ki, hadisə dünən baş verib.

"Vokel" klubunun qapıçısı Qoran Lenats naməlum şəxs tərəfindən stadionda güllələnib. Qatil əvvəlcə havaya atəş açaraq ətrafdakı insanların qaçmasına səbəb olub. Daha sonra isə meydana daxil olaraq Qoran Lenatsa atəş açıb. 33 yaşlı qolkiper xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbi barədə məlumat verilmir. Polis qatili yaxalamaq üçün əməliyyata başlayıb.

Gülşən

Qaynarinfo.Az