Xəbər lenti

Futbolçu oyun zamanı güllələndi
Dünya18:23 20.06.2013

Futbolçu oyun zamanı güllələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bosniya və Hersogiovinada keçirilən həvəskar futbol oyunu zamanı qapıçı güllə ilə başından vurulub. 

ANN.Az-ın "Daily Mail"ə istinadən verdiyi xəbərə görə, başından vurulmasından xəbəri olmayan qapıçı oyun qurtarana qədər meydançada qalıb. 

Oyundan sonra 51 yaşlı Dusko Kstaliça baş ağrısından şikayətlənib. Daha sonra danışmaqda çətinlik çəkən və qol ağrısından şikayətlənən həvəskar futbolçu yaxınlıqdakı xəstəxanaya aparılıb. Burada həkimlər əməliyyat zamanı onun başından 9 mm-lik güllə çıxardıb. 

Krtaliçanın vəziyyətinin stabil olduğu bildirilir.  

Qaynar.info