Xəbər lenti

Futbolçu özünə 25 min nəfərlik stadion tikəcək
İdman06:23 25.03.2014

Futbolçu özünə 25 min nəfərlik stadion tikəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

25 min nəfərlik stadion kompleksinin içərisində gecə klubu, restoran və mağazalar olacaq

İngilis futbolçu Devid Bekhem öz stadionunu yaratmaq fikrinə düşüb. ANS PRESS-in məlumatına görə, Mayamidə qurulması planlaşdırlan stadionun tutumu 25 min nəfərlik olacaq. Onun daxilində gecə klubu, restoran, mağazaların olması belə planlaşdırılır. 

Bekhem və ortaqları stadionu heç bir dövlət dəstəyi olmadan inşa etməyi planlaşdırır. Stadionun Mayami limanında inşaası planlaşdırılır. Bu bölgə ilə bağlı qərarın 6 ay içində veriləcəyi gözlənilir. Əgər adıçəkilən ərazidə tikinti icazəsi ala bilməsələr alternativ olaraq 4 variant təklif ediləcək. 

Stadion Avropa tərzində olacaq. Belə ki, burada oturacaqlar stadiona daha yaxın yerləşdiriləcək, onun damı isə dalğavari olacaq. 

Qeyd edək ki, futbolçu kimi kariyerasını başa çatdıran Bekhem öz futbol komandasını qurur. O, komandada ən yaxşı oyunçuların olacağını bildirmişdi. 

Qaynar.info