İdman Azərbaycan Futbol Federasiyası Assosasiyası (AFFA) milli yığma komandanın futbolçularına rekord mükafat söz verib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, əgər Azərbaycan yığmasının futbolçuları Rusiya üzərində qələbə qazanarsa 100 min manat məbləğində mükafat alacaqlar.
Bu məbləği hər futbolçu 2014-cü il dünya çempionatında Rusiya yığmasının məğlub etdikləri təqdirdə ala biləcək.
Qeyd edək ki, Azərbaycan-Rusiya matçı oktyabrın 15-də Bakıda baş tutacaq.
Xatırladaq ki, bugünkü Şimali İrlandiya- Azərbaycan oyununda da əgər Azərbaycan qalib gəlsə, futbolçular 100 min manatla mükafatlandırılacaq.