Xəbər lenti

Futbolçunu dizi ilə vuran hakimə ağır cəza
İdman06:44 05.04.2023

Futbolçunu dizi ilə vuran hakimə ağır cəza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Meksika çempionatının 13-cü turunda "Leon"un futbolçusu Lukas Romeronu dizi ilə vuran hakim Fernando Hernandesə ağır cəza verilib.
Qaynarinfo-nun məklumatına görə, hakim 12 oyunluq cəzalanıb. Qalmaqal hər iki komandanın məşqçisinin qovulduğu, 6 futbolçunun sarı vərəqə aldığı "Club America" - "Leon" matçında yaşanıb.
Hakim futbolçulardan birinə qarşı zorakılıq nümayiş etdirib. Meksika Futbol Federasiyasından verilən məlumata görə, intizam komitəsi hakimin 12 oyunluq cəzalanmasına qərar verib.
Bundan əlavə "Club America"nın baş məşqçisi Fernando Ortiz, "Leon" məşqçisi Nikolas Larkamon və komandanın yarımmüdafiəçisi Romero hərəyə 2 oyunluq cəzalanıb.
Səbuhi Həsənov