Xəbər lenti

Fövqəladə vəziyyət 3 ay müddətinə uzadılacaq - Fransada
Dünya06:45 15.07.2016

Fövqəladə vəziyyət 3 ay müddətinə uzadılacaq - Fransada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Nitsa şəhərində baş vermiş hadisədən sonra Fransada fövqəladə vəziyyət 3 ay müddətində uzadılacaq". Bunu Fransa prezidenti Fransua Olland xalqa müraciətində bildirib.

Fransa prezidenti qeyd edib ki, hadisə nəticəsində 77 nəfər dünyasını dəyişib. Onlar arasında xeyli sayda uşaq var.

Ölkə başçısı həmçinin xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğunu bildirib. Onun sözlərinə görə, Nitsadakı hücumun terror xarakterli olduğunu inkar etmək olmaz.

Qeyd edək ki, Fransua Olland bu gün Nitsa şəhərinə gələrək zərər çəkmiş sakinlərə dəstəyini ifadə edəcək. ("Report")

Qaynarinfo.Az