Xəbər lenti

G7 ölkələrinin görüşü iyunda Brüsseldə baş tutacaq
Dünya18:02 11.04.2014

G7 ölkələrinin görüşü iyunda Brüsseldə baş tutacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
G7 ölkələrinin ikigünlük görüşü 4-5 iyunda Brüsseldə keçiriləcək.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə Avropa komissiyasının rəsmi saytında bildirilir.

“Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ, Avropa şurasının və Avropa komissiyasının sədrləri 2014-cü il, iyunun 4-5-də G7 formatında Brüsseldə görüşəcəklər”, - sənəddə qeyd edilir.

Xatırladaq ki, martın 24-də Avropa şurasının sədri Herman van Rompey “Böyük səkkizlərin” 7 ölkəsinin Rusiyanın Soçi şəhərində keçiriləcək sammitdə iştirak etməkdən imtina etməsini və görüşün G7 formatında Brüsseldə keçiriləcəyini bəyan etmişdi.

Qaynar.info