G7 ölkələrinin maliyyə nazirləri beynəlxalq ictimaiyyətlə birlikdə 2022 və 2023-cü illərdə Ukraynaya 24 milyard dollardan çox əlavə dəstək verəcəklərini bildiriblər.
Qaynarinfo Reuters və The Hill-in məlumatına istinadla xəbər verir ki, onlar lazım gələrsə, daha çox şey etməyə hazır olduqlarını da əlavə
ediblər.
"Rusiyanın davam edən amansız təcavüzü, bunun nəticəsində Ukrayna əhalisinin iztirabları və ölkənin özünün uzun müddətlik məhv edilməsi fonunda biz lazım gələrsə, daha çox şey etməyə hazırıq”, - bəyanatda deyilir.
Nazirlər öz bəyanatlarında Rusiyanın beynəlxalq forumlarda, o cümlədən G20, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının bu həftə keçirilən iclaslarında iştirakından təəssüfləndiklərini əlavə ediblər.
"Beynəlxalq təşkilatlar və çoxtərəfli forumlar artıq Rusiya ilə öz işini adi qaydada aparmamalıdır”, - G7 nazirləri bildiriblər.
Maliyyə nazirləri həmçinin "Ukrayna xalqı və hökuməti ilə sarsılmaz dəstək və səmimi həmrəylik” təklif ediblər. Bəyanatda deyilir: "Biz Ukraynanı dəstəkləməyə davam edirik.
Alpər