Xəbər lenti

G7 ölkələri Rusiyaya qarşı yeni strategiya formalaşdıracaq - Politoloq
Dünya12:15 10.10.2022

G7 ölkələri Rusiyaya qarşı yeni strategiya formalaşdıracaq - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi "Twitter" hesabında bildirib ki, G7 ölkələrinin təcili iclası keçiriləcək. Onun sözlərinə görə, məsələ ilə bağlı Almaniya Kansleri Olaf Şoltsla danışıb. Zelenski həmçinin sözügedən iclasda çıxış etmək niyyətində olduğunu qeyd edib. 
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı aqressiyası bu gündən yeni xarakter almağa başlayıb. Rus ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini və s. əraziləri raket atəşinə tutub. Atəşlər nəticəsində ölən və yaralılar var. 
Mövcud vəziyyətdə G7 Moskvaya qarşı hansı addımlar ata bilər? 
Konfliktoloq Üzeyir Şəfiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, G7 keçirəcəyi təcili toplantı ilə Rusiyanı bütün beynəlxalq transmilli təşkilatlardan təcrid edəcək: 
"G7-ə daxil olan ölkələr istəyir ki, Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdirilsin. ABŞ Konqresində bununla bağlı məsələ də qaldırılıb. Digər Avropa ölkələri də bu istiqamətə fokuslanıblar. Düşünürəm ki, bu fonda dünyanın 7 ən güclü ölkəsi növbəti dəfə toplanaraq Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq etməklə, onu bir qədər də küncə sıxmaq siyasətini davam etdirəcəklər. Rusiyanı iqtisadi və psixoloji cəhətdən daha ciddi izolyasiyaya salacaqlar. Hətta Rusiya rəsmiləri bildirir ki, artıq onların ölkələrinə qarşı tətbiq olunmayan sanksiyalar qalmayıb. Bununla belə hesab edirəm ki, G7-nin bu dəfə təşkil olunacaq təcili toplantısı Rusiyanı bir sıra beynəlxalq transmilli təşkilatlardan təcrid etmək, onu həmin qurumlarda qərar qəbul etmək imkanlarından məhrum etmək məqsədi daşıyacaq. Hətta Moskvanı terrora dəstək verən dövlət kimi də tanıya bilərlər. Halbuki, bir müddət əvvəl Vaşinqton bu niyyətdə olmadığını bildirmişdi. G7 hətta Rusiya ilə məhdud coğrafiyada iqtisadi əməkdaşlıq edən ölkələrdən də həmin əməkdaşlıqdan imtina etməyi tələb edə bilər. Məqsəd Rusiya daxilində sosial təzyiq vasitələrinin gücləndirilməsi, ölkəni fakt qarşısında qoymaqdır”. 
Rüfət Sultan