Xəbər lenti

G7 sammiti başladı
Dünya07:14 26.06.2022

G7 sammiti başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeddi sənayeləşmiş ölkənin (G7) liderlərinin illik toplantısı bu gün Almaniyada başlayıb və üç gün davam edəcək.
Qaynarinfo bu barədə BBC-yə istinadən xəbər verir.
Bu il sammitdə əsasən Ukrayna müharibəsi müsakirə olunacaq, liderlərin Kiyevə daha çox hərbi dəstək vəd edəcəyi və Moskvaya qarşı daha sərt sanksiyalar tətbiq edilməsi gözlənilir.
G7 liderləri həmçinin artan inflyasiya, ərzaq böhranı və enerji çatışmazlığı ilə mübarizə yollarını müzakirə edəcək.
Görüşün mövzusu olduğu deyilən digər məsələ isə Çinin ortaya qoyduğu problemlərdir.
Almaniyanın Bavariya bölgəsində, dağlıq ərazidə keçirilən sammiti 18 min polis mühafizə edir.
Qeyd edilr ki, G7 qrupuna ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya daxildir.
M.Arif