Dünya 11:02 25.06.2022

GameMAG: Microsoft Xbox-un Rusiya bölməsinin bütün əməkdaşlarını işdən çıxardı

Amerikanın Microsoft şirkəti Xbox-un Rusiya bölməsinin bütün əməkdaşlarını işdən çıxarıb və həmçinin Rusiya Federasiyasında konsol satmaqdan imtina edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən GameMAG nəşri yazıb.

Sayt aydınlaşdırır ki, bu məsələ ilə bağlı rəsmi açıqlama yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Bir müddət əvvəl şirkətin prezidenti Bred Smit demişdi ki, Microsoft Rusiyada biznesini azaltmaq niyyətindədir ki, sonda "demək olar və ya tamamilə heç nə” qalmasın.

Şirkət iyunun əvvəlində Ukraynada keçirilən xüsusi əməliyyatla əlaqədar Rusiya Federasiyasında biznesin miqyasını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığını açıqlayıb. İT nəhəngi Rusiya istifadəçiləri qarşısında mövcud müqavilə öhdəliklərini yerinə yetirməyə davam edəcəyini və məhdudiyyətlərdən təsirlənəcək 400-dən çox rusiyalı işçini dəstəkləyəcəyini vəd edib.

İyunun 15-də "Microsoft” korporasiyası "Internet Explorer 11” internet brauzerini dəstəkləməyi dayandırıb, iyunun 19-da isə rusiyalılara "Windows 10” və "11” əməliyyat sistemlərini, onların nümunələrini, eləcə də rəsmi internet saytından digər proqramları yükləmək qadağan edilib.
 
Alpər