“Gecə canavarları” qrupu Ermənistana 31 iyulda gələcək. Axar.az xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında Rusiya Erməniləri İttifaqının vitse-prezidenti Sergey Sajumyan söyləyib.
Onun sözlərinə görə, “Gecə canavarları” Ermənistanda “soyqırım” abidəsini ziyarət etdikdən sonra Qarabağa gedəcəklər.
Qeyd edək ki, “Gecə canavarları” qrupu Rusiyanın imperialist siyasətini dəstəkləyən və təbliğatını həyata keçirən ən böyük qruplar sırasına daxildir. Klub 1989-cu ildə yaradılıb. O öz tərkibində millətçi rusları toplayır.
Qaynar.info