ABŞ-ın Florida ştatında gecə klubunda atışma qeydə alınıb. Anspress-in məlumatına görə, Orlando şəhərində gecə klubuna hücum edən şəxsin bir neçə nəfəri girov götürdüyü bildirilir.
Sosial mediada yayılan məlumatlara görə, hücum edən şəxs ətrafa atəş açıb və xeyli sayda yaralı var. Ölənlərin olduğu barədə də məlumatlar yayılıb.
Hücum edən şəxsin üzərində partlayıcı qurğunun olduğu ehtimal edilir. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları gəlib.
Hadisə ilə bağlı hələlik heç bir rəsmi məlumat verilməyib.
Qaynarinfo.az