ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində gecə klubunda baş verən yanğın nəticəsində azı 9 nəfər ölüb, 25 nəfər isə itkin düşüb.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə baş verən zaman gecə klubunda 50 nəfər olub. Yanğının ya klubda gecə şənliyi zamanı fişənglərdən çox istifadə edildiyi səbəbindən ya da, binada texniki nasazlıq ucbatından olduğu deyilir.
Yanğınsöndürənlərin binaya daxil olmağı onların həyatı üçün təhlükəli olduğuna görə, binada hələ də insanların qaldığı bildirilir.
“East Bay Times” nəşri 13 nəfərin itkin düşdüyünü bildirir.
Qaynarinfo.Az

