Xəbər lenti

Gələcək nəsillər nə yeyəcək? - Şok faktlar - VİDEO
Dünya11:56 11.05.2016

Gələcək nəsillər nə yeyəcək? - Şok faktlar - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Heç kimə sirr deyil ki,  gələcəkdə uçan maşınlar icad olunan vaxt, ya da kosmik stansiyalarda insanlar yaşadığı dövrdə Yerin artıq tükənməkdə olan qida ehtiyatı insanlığı təmin etmək gücündə olmayacaq. 

Qlobal buzlaşma və ya istiləşmə ilə əlaqədar güman edirlər ki, o əsrdə nə dadlı əncir mürəbbəsi olacaq, nə kabab çəkməyə quzu əti tapılacaq, nə də çörək bişirməyə indiki bərəkətli buğda. Bilmirəm, bu yeməkləri yeməyəcəyimizə görə, özümüzü xoşbəxt sayaq ya yox, amma  fantastik yemək reseptlərinin gerçək olmasına az qalıb.

QİDA PLASTIRLARI

Amerikalı alimlər hərbçilərlə birgə bu təcrübəni çoxdandır işləyirlər: transdermal plastırlarda insan üçün lazım olan qida maddələrini toplanılır. Hələ ki, plastırları müharibə zonalarında hərbçilərin istifadəsi üçün nəzərdə tutublar. Plastırda mikroçip olur, o plastırı qəbul edən insanın qida elementlərinə tələbatını dərhal təyin edib, buna uyğun maddələri verir. Bu layihə üzərində çalışan professor Patrik Dann əmindir ki, 2125 –ci ildə bu plastırlar adi vətəndaşlar üçün də əlçatan olacaq.

BİNA ÜZƏRİNDƏ ŞƏHƏR FERMALARI

2050-ci ildə planetin əhalisinin sayı 9 milyardı keçəcək. Onları yedirtmək üçün mövcud torpaq sahələrində olan ferma təsərrüfatları yetərli olmayacaq. Üstəlik 70% əhali şəhərlərdə cəmləşəcək. Ona görə, şəhərdə fermaların yaranmasına indidən start verilib. Avropada şəhərdə bina həyətlərində və damlarda, hətta ofislərin üstündə kiçik fermalar mövcuddur. Yapon kompaniyası Pasona Group nəhəng ofis binası tikərək, orda 4000 kvadrat metr torpaq sahəsi də ayıraraq, burda düyü, meyvə, tərəvəzlər əkir. Bütün meyvə-tərəvəz isə birbaşa ofis işçilərinin naharına istifadə olunur.

TÜSTÜ İLƏ DOYMAQ OLACAQ?

Harvard Universitetinin professoru Devid Edvars artıq belə bir aparat hazırlayıb. Le Whif adlı aparatda tüstü udula biləcək şokolada çevrilir. Məhsul artıq Avropa bazarında betstellerdir. Amerikalı şef-aşpaz Norman Eytken aparatı təkmilləşdirərək, ona ultrasəsli generatorlu qab əlavə edib. Yemək bu qabın içinə qoyulur, ultrasəsin təsiri nəticəsində dumana çevrilir. Bu anda müştəri xüsusi trubka vasitəsilə bu tüstünü udur. Müştərilər qeyd edir ki, tüstüdən həm yeməyin, həm də içindəki inqridiyentlərin ayrılıqda tamını hiss etmək olur.

3D PRİNTERDƏN ÇIXAN YEMƏK

Bu texnologiyanı elə biz də gördük və əmin olun ki, tezliklə printerdən çıxmış yeməyin dadına hamılıqla  baxacağıq. Çünki artıq 2013-cü ildə NASA 3D qida çapı texnologiyasını təqdim edib. Bu ideyanın məqsədi, kosmik stansiyalarda aylarla qalan astronavtlara arzuladıqları yeməyi çap edib yemək imkanı yaratmaqdır. 3D printerdə ambisiyalı mühəndislərin sayəsində ilk olaraq pizza hazırlanıb. Klassik italyan pizzasının hazırlanması elmi konfransda nümayiş olunub.(sufrem.az)

Qaynarinfo.az