Xəbər lenti

“Gələcəkdə siyasətə qayıtmaq planım yoxdur” - Abdulla Gül
Dünya09:41 18.04.2014

“Gələcəkdə siyasətə qayıtmaq planım yoxdur” - Abdulla Gül

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə prezidenti Abdulla Gül daxili siyasətə qayıtmaq planı olmadığını bəyan edib.

APA-nınxəbərinə görə, A. Gül Kütahya şəhərində jurnalistlərin bu ilkeçiriləcək prezident seçkiləri ilə bağlı suallarını cavablandırıb.“Gələcəkdə siyasətlə məşğul olmaq planım yoxdur. İndi prezident olduğumüçün bəzi məsələləri açıq danışa bilmirəm. Dostlarımızla danışıb,müzakirə aparacağımızı daha əvvəl söyləmişdim”, - deyə A. Gül bildirib.    

 Bu açıqlama ilə A. Gül prezidentliyə namizədlikdən baş nazirƏrdoğanın xeyrinə vaz keçəcəyi, Ədalət və İnkişaf Partiyasınınsıralarına qayıdaraq bu partiyanın lideri və baş nazir olacağı barədəiddiaları təkzib etmiş olub.Qeyd edək ki, avqustun 10-da Türkiyədə prezident seçkilərikeçiriləcək. İlk dəfə olaraq dövlət başçısı ümumxalq səsverməsi iləseçiləcək. Birinci turda heç bir namizəd 50%-dən çox səs toplamasa,avqustun 24-də ikinci tur olacaq. 

Qaynar.info