ABŞ-da 2024-cü ildə ordunun sayı kəskin şəkildə azalaraq, 1,28 milyon nəfər olacaq.
Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, bu, son 80 ilin ən aşağı göstəricisidir. Nəşrin məlumatına görə, bu, qoşunların toplanması problemi ilə bağlıdır.
Qəzet ABŞ-ın müdafiə nazirinin müavini vəzifəsini icra edən Aşiş Vəziraniyə istinadən yazıb ki, quru qoşunları, donanma və hava qüvvələrində çatışmazlıq 40 min nəfərdən çox olub. Jurnalistlərin gikrincə, bu ənənəvi dəyərləri bölüşmək və karyera yüksəlişi arzusunda olma ehtimalı getdikcə daha az olan "zoomerlər" (1997-ci ildən sonra anadan olmuş vətəndaşlar) tərəfindən Amerika hakimiyyət orqanlarına inamının aşağı olması ilə əlaqədardır.
Qeyd olunur ki, hazırda gənclərin təxminən 50%-i həyatını ordu ilə bağlamaq niyyətində deyil. Nəşr qeyd edir ki, qoşunların sayının azalması istiqamətində belə bir tendensiya ilə hakimiyyət orqanları xidmətə çağırış elan etməli olacaq. Qəzetin yazdığına görə, 2020-ci ildən bəri quru qoşunlarının gücü 8,4%, dəniz donanması 3%, hava qüvvələrinin gücü isə 4% azalıb.
Aydın