Xəbər lenti

Gələn il Azərbaycanda dolların məzənnəsi nə qədər olacaq?
Ölkə08:10 03.09.2020

Gələn il Azərbaycanda dolların məzənnəsi nə qədər olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Makroiqtisadi  sabitliyin qorunması  məqsədilə  fiskal  və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi  sabit  qalacağını  dəstəkləyəcək.
Qaynarinfo bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, makroiqtisadi  sabitliyin təmin olunması  və  həyata keçirilən iqtisadi  islahatlar, dollarlaşma  meyllərinin  səngiməsi və  sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb. Eyni zamanda inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir  göstərəcək.