Xəbər lenti

Gələn ilin dövlət büdcəsi açıqlandı - 4 faiz kəsir nəzərdə tutulub
Ekonomiks08:58 29.09.2016

Gələn ilin dövlət büdcəsi açıqlandı - 4 faiz kəsir nəzərdə tutulub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın 2017-ci il dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri 15,955 mlrd. manat, xərcləri isə 16,6 mlrd. manat təşkil edəcək.

Maliyyə Nazirliyindən Qaynarinfo.Az-a verilən xəbərə görə, bu barədə "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.

Beləliklə, gələn ilin dövlət büdcəsində 645 mln. manatlıq və yaxud xərclərin təxminən 4%-i qədər kəsir nəzərdə tutulub.

Gələn ilin büdcə gəlirlərinin 15,313 mlrd. manatını və yaxud 96%-ni mərkəzləşdirilmiş gəlirlər, 642 mln. manatını və yaxud 4%-ni yerli gəlirlər, büdcə xərclərinin 15,882 mlrd. manatını və yaxud 95,7%-ni mərkəzləşdirilmiş xərclər, 718 mln. manatını və yaxud 4,3%-ni yerli xərclər təşkil edəcək. 

Qaynarinfo.Az