Xəbər lenti

Gəmi batdı: 11 uşaq öldü - DƏHŞƏT
Dünya06:10 27.09.2013

Gəmi batdı: 11 uşaq öldü - DƏHŞƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanzaniyanın ərazisində yerləşən Tanqanyika gölündə gəminin qəzaya uğraması nəticəsində 11-i uşaq olmaqla 13 nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər məlumat yayıb.
 
Yerli polis məmurunun sözlərinə görə, göldə batan gəmidə əsasən yaxınlıqdakı xəstəxanadan qayıdan uşaqlı qadınlar olub. Uşaqlar xəstəxanaya peyvənd olunmağa gedibmiş. Qəzaya səbəb güclü külək olub. Gəmidə olan sərnişinlərin dəqiq sayı barədə məlumat yoxdur. 
 
Məlumata görə, gəmidə olanlardan 10 nəfər xilas oluna bilib, 7 nəfər isə itkin düşmüş hesab edilir. 
 
Gəminin kapitanı və sahibi hadisədən az sonra hadisə yerindən qaçıb, onların barəsində axtarış elan olunub. 
 
Qeyd edək ki, Tanqanyika gölü dərinliyinə görə dünyada 2-ci yerdədir.

Qaynar.info