Xəbər lenti

Gənc qız sevgililərinin hədiyyə etdiyi 20 "iPhone"la özünə ev aldı
Ekonomiks05:30 31.10.2016

Gənc qız sevgililərinin hədiyyə etdiyi 20 "iPhone"la özünə ev aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çində bir qadın 20 fərqli sevgilisindən hədiyyə olaraq istədiyi "iPhone 7"ləri satıb özünə ev alıb.
Çinin cənubundakı Şenzen şəhərində yaşayan qadın 20 kişi ilə danışaraq "iPhone 7" istəyib. "Şiaoli" adı ilə özünü təqdim edən gənc qızın bu tələbini bütün kişilər yerinə yetirib. 
Gənc qız daha sonra telefonları Çində ikinci əl telefon satılan internet saytı "Hui Shou Bao"da 115 min yuana (təxminən 17 min dollar) satıb və pulunu evin ilkin ödənişi olaraq istifadə edib.
Şiaolinin bir iş yoldaşının yaşananları öz bloqunda paylaşmasından sonra hadisə Çinin ən çox müzakirə olunan xəbəri olub.(baku.ws)
Qaynarinfo.Az