Xəbər lenti

Dünya 19:17 08.02.2024

"Gənc Qvardiya"çılar necə öldürülüb? - FTX 81 il sonra arxivi açdı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Krasnodonda "Gənc Qvardiya" komsomol təşkilatının üzvlərini qətlə yetirən alman jandarmlarının dindirmə protokollarının surətlərini dərc etmək qərarına gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sənədlərdə Almaniyanın rayon jandarmeriyasının keçmiş rəisi, kapitan Ernst Emil Renatus, eləcə də onun tabeliyində olan Otto Drevitz və Erix Şröderin ifadələri var. Birincisi 1943-cü ildə Lyubov Şevtsova, Oleq Koşevoy və digərləri də daxil olmaqla "Gənc Qvardiya”çılara işgəncə vermək və öldürmək etmək əmri verib, digər iki jandarm isə icraçılar olub.

"Mənim əmrimlə almanlar tərəfindən Krasnodon şəhərində aşkar edilmiş "Gənc Qvardiya" yeraltı komsomol təşkilatının üzvləri güllələndi", deyə Renatus dindirmə zamanı bildirib.

Onun sözlərinə görə, komsomolçuların cəsədləri şaxtanın çuxuruna atılıb, sonradan müstəntiqlər onları orada aşkar ediblər.

1949-cu ildə Renatus və onun silahdaşları düşərgələrdə 25 il müddətinə azadlıqdan məhrum edilib. Renatus orda ölüb, Drevitz və Şröder həbsdən erkən azad edib və 1955-ci ildə ADR-ə köçürülüb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->